Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabirabad rayon sakini Ə.Tağızadədən külli miqdarda narkotik vasitə götürülmüşdür

28.07.2010

Yardımlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abdinli kəndi ərazisində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Ənnağı Tağızadədən külli miqdarda - 2,5 kiloqram narkotik vasitə olan heroin, 3 kiloqraqm 035 qram həşiş qətranı götürülmüşdür.
Aparılmış araşdırmalar nəticəsində Ə.Tağızadənin Sabirabad RPŞ tərəfindən Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.

28.07.2010 tarixinə olan kriminal məlumatlar