Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakinləri V.Məmmədov və L.Əliyeva tərəfindən qətlə yetirilmiş və iyulun 16-da Xəzər rayonu ərazisindəki bağ evində tapılmış qadın meyitinin şəxsiyyəti müəyyən edilmişdir

28.07.2010

İyulun 16-da Xəzər rayonu ərazisindəki Albalı qəsəbəsi Namazov küçəsindəki bağ evinin dəhlizində torpağa basdırılmış, üzərində zorakılıq əlamətləri olan 40-41 yaşlı qadın meyiti DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən tapılmışdır.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin qadının cari il iyunun 20-də Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Valet Məmmədov və Lalə Əliyeva tərəfindən qətlə yetirilməsi müəyyən edilmişdir.
BNMİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Məmmədov və L.Əliyeva tutulmuşlar.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlə yetirilmiş qadının Bakı şəhər sakini Leyla Həsənova olması müəyyən edilmişdir.

28.07.2010 tarixinə olan kriminal məlumatlar