Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ov tüfəngindən atəş açaraq başqa şəxslərə məxsus 1 baş inəyi öldürmüş, digərini isə yaralamış Abşeron rayon sakini F.Qənbərov saxlanılmışdır

26.07.2010

İyulun 26-da Şabran rayonunun Zeyvə kəndi ərazisində, kənd sakini Ramil Atamoğlanova və Balaşah Soltanova məxsus 2 baş inək Abşeron rayon sakini Füzuli Qənbərovun otlaq sahəsinə girmişdir. Bu zaman F.Qənbərov ov tüfəngindən atəş açaraq 1 baş inəyi öldürmüş, digərini isə yaralamışdır.
Şabran RPŞ PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qənbərov saxlanılmışdır.
Araşdırmalar aparılır.

26.07.2010 tarixinə olan kriminal məlumatlar