Üç naməlum şəxs Binəqədi rayonu ərazisindəki kafedə gözətçi işləyən E.Qasımovu bıçaqla qətlə yetirmiş, Bakı şəhər sakini Fuad Ələkbərova isə yüngül xəsarət yetirərək hadisə yerindən qaçmışlar
25.07.2010 İyulun 27-də saat 03.10 radələrində 3 naməlum şəxs Binəqədi rayonu ərazisindəki A.Gəraybəyli küçəsində yerləşən "Tovuz" kafesində gözətçi işləyən Neftçala rayon sakini Elşad Qasımovu bıçaqla qətlə yetirmiş, Bakı şəhər sakini Fuad Ələkbərova isə yüngül xəsarət yetirmişlər. Hadisəni törədən şəxslər "Nissan" markalı avtomaşınla hadisə yerindən qaçmışlar.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.