Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini A.Ağayevi döyərək ondan 100.000 dollar pul tələb etmiş bir qrup şəxs tutulmuşdur

25.07.2010

İyulun 24-də Bakı şəhər sakini Anar Ağayev Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək iyulun 23-də saat 22.00 radələrində Binəqədi qəsəbəsi ərazisindəki çay evində maska geymiş 3-4 naməlum şəxs tərəfindən əl-qolunun yapışqanlı lentlə bağlanılması, döyülməsi və ondan 100.000 dollar pul tələb etmələrini bildirmişdir.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qobustan qəsəbə sakinləri Mahir Qurbanov, qardaşı Asim, Beyləqan rayon sakini Nicat Əlyarov, Bakı şəhər sakinləri Emin Aslanov və Vüqar Rzayev tutulmuşlar.
Faktla əlaqədar cinayət işi başlanmışdır.

25.07.2010 tarixinə olan kriminal məlumatlar