Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu ərazisində Z.Xanbalayevə məxsus pul və mobil telefonu oğurlamaqda şübhəli bilinən R.Murtuzayev tutulmuşdur

25.07.2010

İyulun 25-də Sabunçu rayonunun Böyükşor qəsəbəsi ərazisində, qəsəbə sakini Zabir Xanbalayevə məxsus 35 manat pul və 1 ədəd mobil telefon oğurlanmışdır.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Rəşad Murtuzayev tutulmuşdur. R.Murtuzayevdən 0,226 qram narkotik vasitə olan heroin götürülmüşdür.

25.07.2010 tarixinə olan kriminal məlumatlar