Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nardaran qəsəbə sakini S.Bədəlovun həyətyanı sahəsindən və evindən çətənə kolları, marixuana və silah-sursat aşkar edilərək götürülmüşdür

24.07.2010

Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Seyfulla Bədəlovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 12 kiloqram 240 qram olan 127 ədəd çətənə kolu, evinə baxış zamanı isə 7 kiloqram 28,18 qram narkotik vasitə olan marixuana, 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 4 ədəd güllə və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.

24.07.2010 tarixinə olan kriminal məlumatlar