Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

FHN-nin "112" xidmətinə anonim zəngin Bakı şəhəri sakini X.Hüseynov tərəfindən edilməsi müəyyən edilmişdir

23.07.2010

İyulun 24-də saat 23.44 radələrində naməlum şəxs FHN-nin "112" xidmətinə zəng edərək "Q.Qarayevə, K.Balakişiyevə, 1-ci mərtəbəsinə, binanın damına 2 ədəd limonka qoymuşam" deyərək telefonu söndürmüşdür. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, dərhal əməliyyat tədbirlərinə başlanmışdır.
Aparılmış araşdırmalar nəticəsində zəngin Bakı şəhəri sakini, 25 yaşlı Xəqani Hüseynov tərəfindən edilməsi müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X.Hüseynov  tutularaq Nizami RPİ 25-ci PB-yə gətirilmişdir.
Araşdırmalar aparılır.