Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakini Z.Məmmədovu zorakılıq tətbiq ediləcəyi ilə hədələyib ondan külli miqdarda pul tələb etmiş cinayətkar qrupun üzvləri tutulmuşlar

22.07.2010

Gəncə şəhər sakini, "Atlant-R" firmasının müdiri Zakir Məmmədova zorakılıq tətbiq ediləcəyi və ondan külli miqdarda pul tələb olunması barədə Gəncə ŞPİ-yə əməliyyat məlumatı daxil olmuşdur.
Məlumatla əlaqədar DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gəncə ŞPİ  əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinənlər - Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Kamil Əliyev, Qəşəm Xanquliyev və Rauf İmamquliyev tutulmuşlar.
Q.Xanquliyevdən 5,89 qram, R.İmamquliyevə məxsus "Toyota-Prado" markalı avtomaşından isə 5,68 qram narkotik vasitə olan marixuana, 3 ədəd üzərində göz üçün deşiklər olan idman papaqları, 2 cüt əlcək və 1 bağlama yapışqanlı lent aşkar olunaraq götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.

22.07.2010 tarixinə olan kriminal məlumatlar