Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayon sakini S.Tangudurun mənzilində baş vermiş soyğunçuluq cinayətinin üstü açılmışdır

20.07.2010

İyulun 20-də özlərini işıq idarəsinin işçiləri kimi təqdim etmiş 2 naməlum şəxsin aldatma yolu ilə Xətai rayonu ərazisində yaşayan Sevinc Tangudurun mənzilinə girərək orada qulluqçu işləyən Bakı şəhər sakini Manija Xakipura bıçaqla ayağından xəsarət yetirməsi, oradan qızıl və geyim əşyalarını aparması barədə Xətai RPİ-nin 37-ci PB-nə məlumat daxil olmuşdur.
Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Xətai RPİ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı M.Xakipurun özü-özünə bıçaqla xəsarət yetirib polisə yalan məlumat verməsi və oradakı qızıl əşyalarını oğurlaması müəyyən edilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır.

20.07.2010 tarixinə olan kriminal məlumatlar