Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İyunun 24-də İ.Cəfərovu ov tüfəngindən atəş açaraq qətlə yetirməkdə şübhəli bilinən bir qrup Neftçala rayon sakini tutulmuşdur

19.07.2010

DİN Baş Cinayət-Axtarış İdarəsi və Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də İmaməddin Cəfərovu ov tüfəngindən atəş açaraq qətlə yetirməkdə şübhəli bilinən 2-ci Mayak kənd sakinləri Seymur Hüseynov, Emil Hüseynov, onun qardaşı Etibar və Kürkənd kənd sakini Zülfüqar Soltanov tutulmuşlar.
E.Hüseynovdan 1 ədəd müvafiq sənədləri olmayan "İJ-18 E" markalı ov tüfəngi götürülmüşdür.

19.07.2010 tarixinə olan kriminal məlumatlar