Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

FHN-in "112" xidmətinə zəng edərək yalan məlumat vermiş şəxs müəyyən edilmişdir

15.07.2010

İyulun 16-da saat 18.45 radələrində naməlum şəxs mobil telefondan FHN-in "112" xidmətinə zəng edərək "Sizin binanın altına bomba qoymuşam" deyərək dəstəyi asmışdır.
Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Aparılmış araşdırmalar zamanı zəngin Tərtər rayonunun Yenikənd kənd sakini, 11 yaşlı H.M. tərəfindən edilməsi müəyyən edilmişdir.