Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bir qrup Bakı şəhər sakini narkotik vasitə ilə tutulmuşdur

13.07.2010

DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Şahin Şeydabəyov 1,528 qram narkotik vasitə olan heroini Bakı şəhər sakini Vahid Əliyevə satarkən tutulmuşlar.
NBPİ əməkdaşlarının Ş.Şeydabəyovun evinə keçirdikləri baxış zamanı Bakı şəhər sakinləri Kərim Kərimovun və Əmir Məhərrəmovun narkotik vasitə qəbul etmələri aşkar edilmiş və onlar tutulmuşlar.
K.Kərimovdan və Ə.Məhərrəmovdan 0,095 qram narkotik vasitə olan heroin götürülmüşdür.

13.07.2010 tarixinə olan kriminal məlumatlar