Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şübhəli şəxs qismində Sumqayıt ŞPİ-yə gətirilmiş H.Bədəlovun bir qrup vətəndaşın mobil telefonlarını oğurlaması müəyyən edilmişdir

11.07.2010

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hacı Bədəlov şübhəli şəxs qismində ŞPİ-yə gətirilmişdir.
H.Bədəlovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyulun 10-da və 11-də Bakı şəhər sakini Xəyyam Mahmudova, Sumqayıt şəhər sakinləri Həbib Baxışova, Kənan İsmayılova, Elgün Məmişova, Abdulla Abdullayevə, Elnur Hüseynova məxsus avtomaşınlardan, habelə iyul ayının 10-da Mərdəkan qəsəbəsi ərazisində, qəsəbə sakinləri Mürvət Hüseynova və Arzu İsmayılovaya məxsus mobil telefonları oğurlaması müəyyən edilmişdir.

11.07.2010 tarixinə olan kriminal məlumatlar