Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 25 cinayət faktı qeydə alınmışdır

10.07.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 25 cinayət faktı qeydə alınmışdır ki, onların da 13-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.
  • 18 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 9 nəfər tutulmuşdur.

10.07.2010 tarixinə olan kriminal məlumatlar