Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Siyəzən rayon sakini O.Həmidovu avtomaşınla vurmuş sürücü C.Quliyev istintaqa təslim olmuşdur

10.07.2010

İyulun 10-da saat 23.00 radələrində Siyəzən rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla rayon sakini Orxan Həmidov vurulmuşdur. Nəticədə xəsarət almış O.Həmidov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Moskviç-412" markalı avtomaşının sürücüsü, rayon sakini Camərd Quliyev tərəfindən törədilməsi müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində C.Quliyev könüllü olaraq RPŞ-yə gələrək istintaqa təslim olmuşdur.
RPŞ tərəfindən araşdırmalar aparılır.

10.07.2010 tarixinə olan kriminal məlumatlar