Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

09.07.2010

İyulun 10-da saat 07.30 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini  Elməddin Mehdiyevin idarə etdiyi "VAZ-2107" markalı və Gürcüstan vətəndaşı  İlqar Əhmədovun idarə etdiyi "Daewoo" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə İ.Əhmədovun sərnişini, Bakı şəhər sakini Elvin Cabbarov ölmüş, habelə E.Mehdiyevin xəsarət almış sərnişinləri, həmyerliləri Yusif Mehdiyev, İmdad Əhmədov və onun qardaşı Anar xəstəxanaya yerləşdirilmişlər.
Suraxanı RPİ tərəfindən araşdırmalar aparılır.

09.07.2010 tarixinə olan kriminal məlumatlar