DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
19.04.2006Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Məhəmməd Vəliyevdən 0,626 qram heroin, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Bağırovdan 0,219 qram heroin, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Hüseynovdan 0,360 qram heroin götürülmüşdür.