Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ucar rayonunun Qazqumlax kənd sakini Elməddin Nəsirov ailə-məişət münaqişəsi zəminində yardımçı təsərrüfatını yandırmışdır

01.07.2010

İyulun 2-də saat 17.00 radələrində Ucar rayonunun Qazqumlax kəndində, kənd sakini Elməddin Nəsirov ailə-məişət münaqişəsi zəminində ümumi sahəsi 250 kvm. olan yardımçı təsərrüfatını yandırmışdır. Nəticədə bütövlükdə təsərrüfatın yanar konstruksiyaları yanmış, oradakı 2 baş inək tələf olmuş, yanğını söndürməyə cəhd göstərmiş Elməddinin atası Tofiq Nəsirov aldığı yanıq xəsarətindən ölmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.
Ucar RPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.