Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Qalib Bayramov tutulmuşdur

01.07.2010

İyulun 1-də Binəqədi rayonu ərazisindəki M.Məmmədxanlı küçəsində Bakı şəhər sakini Məstan Tarverdiyevə məxsus anbardan oğurluğa cəhd göstərmiş həmyerlisi Qalib Bayramov Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.
Q.Bayramovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, M.Ə.Rəsulzadə qəsəbə sakini İman İsmayılovun evindən də ev və məişət əşyalarını oğurlaması müəyyən edilmişdir.