Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yol-qəza hadisəsi
17.04.2006Saat 17:00 radələrində, Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində, Sumqayıt şəhər sakini Etimad Nəsibovun idarə etdiyi "VAZ-2107" markalı və Badamdar qəsəbə sakini Ramiz Nurəddinovun idarə etdiyi "Jeep" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış E.Nəsibov hadisə yerində ölmüş, sərnişini Bağır Əliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.