Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağsu rayonu ərazisində yol-nəqliyyat hadisəsi

25.06.2010

İyunun 26-da saat 22.05 radələrində Ağsu rayonu ərazisində Bakı şəhər sakini Zakir Muradov "Azərsun" Holdinq Şirkətinə məxsus "Hyundai" markalı avtobusu idarə edərkən sərt döngədə idarəetməni itirərək onu aşırmışdır.
Nəticədə sərnişinlərindən, Bakı şəhər sakini Şıxlar Vəliyev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinlər Raya Bəşirova, Vətəngül Hüseynova, Sahilə Əliyeva, Elmira Mirzəyeva, Saniyə Xəlilova, Rəhman Əliyev, Vəsilə Əliyeva, Məhəmməd İmanov, Esmira Asiyeva, Elfaq İskəndərov, Gülnar Kərimova, Natiq Məhərrəmov, Akif Əliyev, -ci Mehriban Rəhmətulin, Rasim Hüseynov və Şri-Lanka vətəndaşı. Şiran Bilan Teroza isə xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.