Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Masazır qəsəbəsi ərazisində K.Məmmədova məxsus çayxanada təbii qazın sızmasından partlayış baş vermişdir

24.06.2010

İyunun 25-də saat 13.00 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində, qəsəbə sakini Kənan Məmmədova məxsus çayxanada təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir. 
Nəticədə 50 kvm. sahədə çayxananın yanar konstruksiyaları yanmış, orada işləyənlərdən Sədaqət Kərimova hadisə yerində ölmüş, xəsarət almış Tural Yusifov, Rəsmiyyə Fətəliyeva və Arzu Qədirova isə xəstəxanaya yerləşdirilmişlər. 
Araşdırmalar aparılır.

24.06.2010 tarixinə olan kriminal məlumatlar