Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaraməryəm-Balakən yolunun Şəki rayonu ərazisində yol-qəza hadisəsi

15.04.2006

Saat 23:00 radələrində, Qaraməryəm-Balakən yolunun Şəki rayonu, Araçılıq kəndi ərazisində, Qax rayon sakini Əhməd Əhmədov "VAZ-21099" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəsarət almış Ə.Əhmədov və sərnişini, Şəki rayon sakini Xanlar Əyyubov xəstəxanaya yerləşdirilmişlər. X.Əyyubov orada ölmüş, Ə.Əhmədovun vəziyyəti isə orta-ağırdır.