Binəqədi rayonu Dərnəgül qəsəbəsində yerləşən "Trans-Avto" ATSC-nin həyətində qaynaq işləri aparılarkən partlayış baş vermişdir
15.04.2006Saat 13:00 radələrində, Binəqədi rayonu Dərnəgül qəsəbəsində, "Trans-Avto" ATSC-nin həyətində, "Kamaz-5411" markalı avtomaşının qoşqu çənində qaynaq işləri aparılarkən partlayış baş vermişdir. Nəticədə avtomaşının sürücüsü Əbülfəz Əliyev hadisə yerində ölmüş, qaynaqçı, Yeni Günəşli qəsəbə sakini Fəxrəddin Bayramov isə xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.