Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitəər götürülmüşdür

21.06.2010

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan ŞPŞ  əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Əmrah Abbasov 57,62 qram narkotik vasitə olan marixuananı satarkən tutulmuşdur.
Aparılmış araşdırmalar zamanı Ə.Abbasovun narkotik vasitəni həmyerlisi Elmar Həsənovdan, onun isə narkotik vasitəni Sabirabad rayonunun Nizamikənd kənd sakini  Rasət Əliyevdən almaları müəyyən edilmişdir. 
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov və R.Əliyev tutulmuşlar. E.Həsənovdan 103,16 qram, R.Əliyevdən isə 12 kiloqram 478,05 qram marixuana, həyətyanı sahəsində isə kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 55,465 kiloqram olan 125 ədəd kənaf kolu aşkar edilərək götürülmüşdür.

21.06.2010 tarixinə olan kriminal məlumatlar