Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bomba qoyulması ilə bağlı yalan məlumat vermiş şəxs müəyən edilmişdir

21.06.2010

İyunun 22-də saat 17.21 radələrində naməlum şəxs zəng edərək metronun "28 May" stansiyasına bomba qoyulması barədə məlumat vermişdir. 
Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüşdür. Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi və Nəsimi RPİ əməkdaşları tərəfindən dərahal həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmamışdır.
Araşdırmalar zamanı yalan məlumat verilərkən istifadə edilən telefonun Abşeron rayon sakini Şükür Həsənova məxsus olması və zəngin onun 11 yaşlı nəvəsi tərəfindən edilmaəsi müəyyən olunmuşdur.

21.06.2010 tarixinə olan kriminal məlumatlar