Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.06.2010

İyunun 22-də saat 08.00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Məmməd Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınla həmyerlisi Gülbudaq Əsgərovun idarə etdiyi "Mersedes" markalı mikroavtobus toqquşmuşlar. Nəticədə M.Məmmədovun xəsarət almış sərnişinləri, həmyerliləri Fərman Dünyamalıyev, Roman Həsənov, Rizvan İsmayılov, habelə G.Əsgərovun sərnişinləri, Bakı şəhər sakinləri Ceyhun Salmanov və İlahə Əsədova xəstəxanaya yerləşdirilmişlər.
F.Dünyamalıyev orada ölmüş, R.Həsənovun və R.İsmayılovun vəziyyətləri qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. 
Abşeron RPŞ tərəfindən araşdırmalar aparılır.

21.06.2010 tarixinə olan kriminal məlumatlar