Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu ərazisindəki Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi

20.06.2010

İyunun 22-də saat 00.10 radələrində Nərimanov rayonu ərazisindəki Z.Bünyadov prospektində Bakı şəhər sakini Turxan Babakişiyev "TOFAŞ" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə xəsarət almış T.Babakişiyev və sərnişinləri, həmyerliləri Rza İsmayılov və Anar Fətullayev xəstəxanaya yerləşdirilmişlər. T.Babakişiyev və R.İsmayılov orada ölmüş, A.Fətullayevə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.

20.06.2010 tarixinə olan kriminal məlumatlar