Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 26 cinayət faktı qeydə alınmışdır

19.06.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayət faktı qeydə alınmışdır ki, onların da 16-ı “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 11 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır. 
  • 12 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.

19.06.2010 tarixinə olan kriminal məlumatlar