Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 27 cinayət faktı qeydə alınmışdır

18.06.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 27 cinayət faktı qeydə alınmışdır ki, onların da 19-u “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır. 
  • 13 yanğın hadisəsi qeydə alınmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.

18.06.2010 tarixinə olan kriminal məlumatlar