Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.06.2010

İyunun 16-da saat 09.00 radələrində Qaradağ rayonu ərazisində Biləsuvar rayon sakini Vahid Abbasovun idarə etdiyi "Mercedes" markalı və Ələt qəsəbə sakini Ramin Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış V.Abbasovun  sərnişinləri, Biləsuvar rayon sakinləri İlahə Abbasova, Zəminə Abbasova, Səmayə Hüseynova, habelə R.Əliyev və onun sərnişinləri, Ələt qəsəbə sakinləri Rəqsanə Ağamirzəyeva, Fərəc Nurəliyev, Xəyal Rəhimov və Elşad Cəbrayılov xəstəxanaya yerləşdirilmişlər. İ.Abbasovaya, Z.Abbasovaya, S.Hüseynovaya və F.Nurəliyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.

15.06.2010 tarixinə olan kriminal məlumatlar