Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 31 cinayət faktı qeydə alınmışdır

12.06.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayət faktı qeydə alınmışdır ki, onların da 20-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. 
  • 15 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər yaralanmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 29 nəfər tutulmuşdur.

12.06.2010 tarixinə olan kriminal məlumatlar