Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 52 cinayət faktı qeydə alınmışdır

08.06.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınmışdır ki, onların da 38-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.  
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. 
  • Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır. 
  • 8 yanğın hadisəsi qeydə alınmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 46 nəfər tutulmuşdur. 

08.06.2010 tarixinə olan kriminal məlumatlar