Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 31 cinayət faktı qeydə alınmışdır

07.06.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayət faktı qeydə alınmışdır ki, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.
  • 13 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.

 

07.06.2010 tarixinə olan kriminal məlumatlar