Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edərək hədələməklə Söhrab Seyidxanovdan 100 manat pul almış Bakı şəhər sakini Rövşən Salahov tutulmuşdur

04.06.2010

İyunun 5-də Bakı şəhər sakini Söhrab Seyidxanov polisə ərizə ilə müraciət edərək cari ilin aprel ayının 5-də özlərini hüquq-mühafizə orqanının əməkdaşları kimi təqdim etmiş Rövşən və Samir adlı şəxslər tərəfindən hədələnərək 100 manat pulunun alınmasını bildirmişdir.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Salahov tutulmuşdur. 
Toplanmış materiallar aidiyyəti üzrə Yasamal RPİ-nə göndərilmişdir.