Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğu etməkdə şübhəli bilinən Bakı şəhər sakini Vladien Çernişenko tutulmuşdur

03.06.2010

2008-ci ilin sentyabr ayında Bakı şəhər sakini Altay Hacıyevə məxsus İnşaatçılar prospektindəki rəssamlıq emalatxanasından oğurluq olmuşdur.
Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vladien Çernişenko tutulmuşdur.
V.Çernişenkonun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində  onun, 2009-cu ilin mart ayında Bakı şəhər sakini Yusif Əlizadənin də evindən 1 ədəd  kompyuter oğurlaması müəyyən edilmişdir.

03.06.2010 tarixinə olan kriminal məlumatlar