Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Özünü körpüdən suya atmış Cəlilabad rayon sakini İlqar Hüseynovun meyiti sudan çıxarılmışdır

02.06.2010

İyunun 1-də Saatlı rayonunun Genişkənd kənd sakini, kəndli fermer təsərrüfatının rəhbəri Bayram Əliverdiyev rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 1 baş qoyununun təsərrüfatda çoban işləyən Ceyhun Yusifov tərəfindən oğurlanmasını bildirmişdir. Mil-Muğan körpüsündə C.Yusifov həmyerlisi, Cəlilabad rayon sakini İlqar Hüseynova məxsus "VAZ-2107" markalı avtomaşında B.Əliverdiyevin qohumları Rauf Həsənov, Allahverdi Aslanov tərəfindən saxlanılarkən, avtomaşının yük yerində qoyun və quzu aşkar edildiyindən İ.Hüseynov özünü körpüdən suya atmışdır.
İyun ayının 3-də İ.hüseynovun meyiti sudan çıxarılmışdır.
Faktla əlaqədar cinayət işi başlanmışdır.

02.06.2010 tarixinə olan kriminal məlumatlar