Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 39 cinayət faktı qeydə alınmışdır

31.05.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmışdır ki, onların da 21-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.  
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. 
  • Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır. 
  • 5 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər yaralanmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.

31.05.2010 tarixinə olan kriminal məlumatlar