Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yevlax rayon İsmayılabad kənd sakini Seymur Məmmədovu qətlə yetirmiş Hafiz Hüseynov istintaqa təslim olmuşdur

31.05.2010

İyunun 1-də saat 12.00 radələrində Yevlax rayonunun Səmədabad kəndində, kənd sakini Hafiz Hüseynov münaqişə zəminində İsmayılabad kənd sakini Seymur Məmmədova ov tüfəngindən atəş açmışdır. Nəticədə S.Məmmədov aldığı xəsarətdən ölmüş, qırmalardan biri isə hadisə yerinin yaxınlığında olan, Səmədabad kənd sakini Novruz Qəhrəmanova dəymişdir. N.Qəhramanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. 
Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Hüseynov könüllü olaraq Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olmuşdur. 
RPŞ əməkdaşları hadisə yerindən 1 ədəd "TOZ" markalı tüfəng götürmüşlər.

31.05.2010 tarixinə olan kriminal məlumatlar