Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini A.Səfərovun mənzilindən oğurluq etməkdə şübhəli bilinən V.Biknyayev tutulmuşdur

28.05.2010

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-də Bakı şəhər sakini Aslan Səfərovun mənzilindən qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən orada təmir işləri aparan Yeni Ramana qəsəbə sakini Vadim Biknyayev tutulmuşdur.
V.Biknyayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2009-cu il oktyabrın 23-də Natalya Slabadyukun mənzilindən də oğurluq etməsi müəyyən edilmişdir.