Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisində Gədəbəy rayon sakini Şahin Məmmədovu vurub qaçmış
04.04.2006Baş Dövlət Yol Polisi İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, aprelin 3-də Bakı-Qazax yolunun Şəmkir rayonu Muxtariyyə kəndi ərazisində, müəyyən olunmamış avtomaşınla vurulmuş kişinin şəxsiyyəti müəyyən edilmişdir. O, Gədəbəy rayon sakini Şahin Məmmədov olmuşdur. Ş.Məmmədovu idarə etdiyi "VAZ-21063" markalı avtomaşınla vurub hadisə yerindən qaçmış, Şəmkir rayonunun Mahmudlu kənd sakini Zirəddin Həsənov tutulmuşdur.