Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 49 cinayət faktı qeydə alınmışdır

25.05.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınmışdır ki, onların da 29-u “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.  
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. 
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır. 
  • 3 yanğın hadisəsi qeydə alınmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur. 

25.05.2010 tarixinə olan kriminal məlumatlar