Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayonunun Sorsor kəndi ərazisində yol-nəqliyyat hadisəsi

25.05.2010

Mayın 26-da saat 19.00 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Çöl-Ərəb kənd sakini Əjdər Məmmədov "Mersedes-230" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə Ə.Məmmədov və sərnişini, həmyerlisi Fəridə Nağıyeva hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Samir Mikayılov və Telman Qəribov xəstəxanaya yerləşdirilmişlər. T.Qəribova ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, S.Mikayılovun vəziyyəti isə qənaətbəxşdir. 
Kürdəmir RPŞ tərəfindən araşdırmalar aparılır.

25.05.2010 tarixinə olan kriminal məlumatlar