Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 32 cinayət faktı qeydə alınmışdır

23.05.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayət faktı qeydə alınmışdır ki, onların da 20-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüşdür.
  • 7 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.

23.05.2010 tarixinə olan kriminal məlumatlar