Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mayın 23-də O.Quliyevə məxsus mobil telefonu götürərək qaçmış Bakı şəhər sakini C.Abdullayev tutulmuşdur

23.05.2010

Mayın 23-də Bakının Azadlıq prospektində naməlum şəxs Buzovna qəsəbə sakini Oktay Quliyevin idarə etdiyi "Mersedes" markalı avtomaşına sərnişin qismində oturub A.Şərifzadə küçəsinə gedəcəyini bildirmişdir. A.Şərifzadə küçəsində həmin şəxs avtomaşından düşərkən O.Quliyevə məxsus mobil telefonu götürərək qaçmışdır.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abdullayev tutulmuşdur.

23.05.2010 tarixinə olan kriminal məlumatlar