Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mayın 20-də Bərdə rayon sakini S.Ağayevə qarşı zor tətbiq edərək ondan 13 ədəd mobil telefon almış şəxslər tutulmuşlar

23.05.2010

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də Samir Ağayevə qarşı zor tətbiq edərək ondan 13 ədəd mobil telefon almış rayon sakini Sübhan Aslanov, Ağdam rayon sakini Əmrah Məmmədov, Gəncə şəhər sakinləri Orxan Hacıyev və Əli Maqsudzadə tutulmuşlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların may ayı ərzində Bərdə rayonu ərazisində, rayon sakinləri Coşqun Süleymanova, Sənan Hümbətova, Aqil Cəlahaniyə və Goranboy rayon sakini İntiqam Kərimova qarşı zor tətbiq edərək mobil telefonlarını onlardan almaları da müəyyən edilmişdir.

23.05.2010 tarixinə olan kriminal məlumatlar