Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

16.05.2010

Mayın 17-də saat 19.00 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində Qaraçuxur qəsəbə sakinləri Adil Nəsibovun idarə etdiyi "Mercedes" markalı və Namiq Hüseynəliyevin idarə etdiyi "QAZ-2410" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə N.Hüseynəliyev hadisə yerində ölmüş, xəsarət almış sərnişini, Bakı şəhər sakini Kəmalə İbrahimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.