Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“102” Zəng Xidmətinə yalan məlumat vermiş şəxs müəyyənləşdirilmişdir

12.05.2010

Mayın 12-də naməlum şəxs DİN-in “102” Zəng Xidmətinə taksofondan zəng edərək “Sabah avtomaşına bomba qoyulacaq” deyərək dəstəyi asmışdır. Məlumat dərhal Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüşdür. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Sabunçu rayon Zabrat qəsəbə sakini, 11 yaşlı A.Q. olması müəyyən edilmişdir.
A.Q-nın ətrafında aparılmış tədbirlər nəticəsində, onun 2009-cu il avqustun 31-də metronun "Sahil" stansiyasının arxasına bomba qoyulması və 2010-cu il martın 21-də 2-ci Zabrat qəsəbəsində partlayıcı qurğu olması barədə bilərəkdən polisə telefon vasitəsi ilə yalan məlumatlar verməsi də müəyyən edilmişdir.
Araşdırmalar aparılır. 

12.05.2010 tarixinə olan kriminal məlumatlar