Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən şəxslərdən müxtəlif miqdarda narkotik vasitə olan heroin götürülmüşdür

11.05.2010

Mayın 10-da Əmircan qəsəbə sakini Əliağa Balayevin mənzilindən oğurluq olması barədə ərizəsi əsasında Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lerik rayon sakini Eldəniz Musayev, Balaxanı qəsəbə sakini Əşrəf Dəmirov, Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Ülfət Vəliyev tutulmuşlar.
E.Musayevdən 0,273 qram, Ə.Dəmirovdan isə 0,314 qram narkotik vasitə olan heroin götürülmüşdür.  

11.05.2010 tarixinə olan kriminal məlumatlar